Marneuli Təhsil Resurs Mərkəzi fəal məktəb həyatının nümayişi baxımından birinci yeri tutur

Marneuli Təhsil Resurs Mərkəzi fəal məktəb həyatının nümayişi baxımından birinci yeri tutur. Bu barədə məlumat bir neçə həftə öncə etaloni.ge saytında yayımlanıb.

Fəal məktəb həyatının nümayişi dedikdə isə müxtəlif layihələrdə iştirak, tədbirlərin keçirilməsi və nailiyyətlərin qazanılması nəzərdə tutulur. Etaloni.ge-nin meneceri Tako Tkeşelaşvili məktəblərin fəallığını yüksək qiymətləndirir.

“Bizim saytımız müntəzəm olaraq reytinqləri açıqlayır. Bunda məqsəd fəal məktəblərin, bələdiyyələrin və ya
resurs mərkəzlərin göstərilməsidir. Son reytinqə əsasən, Marneuli bələdiyyəsi fəal məktəb həyatında iştirak baxımından liderdir. Bu, əlbəttə, Marneuli məktəblərinin, direktorların, pedaqoqların, resurs mərkəzlərin nailiyyətidir. Onların iştirakı 100%-dir. Bu isə o deməkdir ki, Marneulidəki 74 məktəbin hamısı bizim saytımıza qoşulublar və bundan fəal şəkildə istifadə edirlər və məktəb həyatının nümayişində gündəlik iştirak edirlər”,
– Tako Tkeşelaşvili deyir.

Tkeşelaşvilinin dediyinə görə, Marneulinin bütün məktəblərində əlaqələndirici şəxslər var ki, həmin şəxslər keçirilmiş tədbirlər, əldə olunmuş nailiyyətlər və həyata keçirilən layihələrlə bağlı onlara məlumat verirlər və daha sonra bütün bunların tanıdılması işləri aparılır.

Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov 100%-lik nəticəni əlavə motivasiya mənbəyi hesab edir.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər