Marneuli Sosial Xidmət Agentliyinin işçiləri tətilin səbəbləri barədə danışır
Teona Sisvadze Marneuli rayon şöbəsinin sosial işçisidir və Marneulidə tətilə qoşulub. Gürcüstan miqyasında sosial işçilər 25 martda tətilə çıxıblar. Bizimlə söhbəti zamanı Sisvadzenin verdiyi açıqlamaya görə o, ağır şəraitdə çalışırmış. Tətilə səbəb olaraq 22 bəndlik plan yazıblar, ancaq indiki mərhələdə 6 məsələnin həllini dərhal tələb edirlər.

“Altı bəndi seçmişik və dərhal yerinə yetirilməsini istəyirik. Bu benefisiarlara səfər etmək
və maneəsiz hərəkət etmək üçün nəqliyyat, turist və psixoloqların əlavə edilməsidir. Çünki psixoloq tələbi o qədərdir ki, benefisiarlar növbə gözləməli olurlar. Əmək haqqı tələbimiz var, çünki vəzifəmizi yerinə yetirən zaman öz xərcimizlə hərəkət etməli oluruq və çox hallarda xeyriyyəçilik də edirik. Benefisiarların elementar qida məhsulu olmayanda alıb veririk. Eləcə də proses nümayəndəsinin uzaqlaşdırılmasını tələb edirik. Çünki olduqca çox vaxt və böyük enerji tələb edir”
– Teona Sisvadze deyir.

Teona kimi tətilə daha bir sosial işçi Ketevan Qvaramadze də çıxıb. Sisvadzenin sözlərinə görə onların tələblərini yerinə yetirməyənə kimi işə qayıtmayacaqlar.

Bizimlə söhbət zamanı Marneulinin Sosial Xidmət Agentliyinin rəhbəri Mamuka Şubitidzenin dediyinə görə, sosial xidmət maneəsiz çalışır və tətilə çıxmış sosial işçilərin funksiyası baş və əsas mütəxəssislərə bölünüb.

Netgazetinin yazdığına görə Səhiyyə Nazirliyi bildirir ki, tətilə çıxan işçilərin tələblərinin bir hissəsi yerinə yetirilib, digər hissəsinin isə yerinə yetirilməsi gedir və bir hissəsi üçün fəaliyyət planı qüvvədədir.

Nazirliyin sözlərinə görə onların “ilkin məqsədi benefisiarlara bu sosial xidmətin davamlı rejimdə maneəsiz çatdırılmasıdır. Bunu isə sosial fəaliyyət nəzərə alır və sosial işçi həyata keçirir”.

Nazirliyin bəyanatına görə sosial işçilərin gücləndirilməsi 2018-ci ildən başlayıb.

“Nəqliyyat məsələsi yarı həll olunub. Hər bir regiona bir maşın verilib və 24 saat ərzində sosial işçilərin xidmətindədir. Lazım olan halda onlara əlavə maşın da ayrılacaq. Bu əlbəttə yetərli deyil, əlavə resurslar əldə etmək üçün çalışmalar davam edir və tərəfdaş dövlət müəssisələri ilə nazirliklərə maşınların verilməsi ilə bağlı danışıqlar gedir. Bundan əlavə Tbilisidə sosial işçilərin xüsusi kartları var və ondan ictimai bələdiyyə nəqliyyatında güzəştli qiymətə istifadə edirlər”
– Səhiyyə Nazirliyinin 27 mart tarixinə olan bəyanatında qeyd olunur.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər