Əli Bədirov Marneuli meri vəzifəsinə müstəqil namizəd olacaq

Əli Bədirov Marneuli meri vəzifəsinə müstəqil namizəddir.

Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı Əli Bədirov özü də təsdiqlədi və bildirdi ki, gənclərdən ibarət təşəbbüs qrupu artıq onun namizədliyini irəli sürüb. Təşəbbüs qrupunun üzvləri Kvemo Kartlidəndirlər.

“Onların sayı ən az beş nəfərdir, on nəfərədək arta bilər. Bu təşəbbüs qrupunun üzvlərinin əksəriyyəti Marneulidəndir. Əsasən gənclərdir, lakin bir nəfər
ağsaqqal da var”,
– Əli Bədirov dedi.

Bədirov hələlik rəsmi qeydiyyatın elan olunmasını gözləyir ki, sənədlərini təqdim etsin.

Əli Bədirov Tbilisidə yaşayır. O, 2015-2016-cı illərdə Marneulidə Nəzarət Xidmətinin hüquqşünası vəzifəsində çalışıb və onun dediyinə görə, məhz bu vəzifədə çalışarkən kəndlərdə tez-tez sakinlərlə görüşlər nəticəsində Marneulinin problemləri ilə tanışdır.

Bədirov hal-hazırda vəkil kimi fəaliyyət göstərir və Gürcüstan Azərbaycanlı Hüquqşunaslar Assosiasiyasının rəhbəridir.

Marneulidə növbədənkənar mer seçkiləri 19 may tarixində keçiriləcək. Mer vəzifəsi üçün artıq iki namizəd partiyalar tərəfindən irəli sürülüb. “Gürcü Arzusu”nun namizədi Zaur Darğallı, “Avropalı Gürcüstan”ın namizədi isə Əhməd İmamquliyevdir.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər