Satıcıların polietilen torbalarla bağlı tətbiq olunacaq qaydalar haqqında məlumatı yoxdur, lakin riayət etməyə hazır olduqlarını bildirirlər

Bir aprel tarixindən Gürcüstanda hər hansı qalınlıqda olan plastic torbalardan istifadə etmək, idxal və istehsal etmək qadağan olunacaq.

"Marneuli" radiosu ticarətçilərin yeni tənzimləməyə nə dərəcəd hazır olduğu ilə maraqlandı. Müsahibə yazarkən ticarətçilərin əksəriyyəti qüvvəyə minəcək qanun haqqında 4 gün əvvəldən bilir, ancaq deyirlər ki, tələblərə tabe olacaqlar.

“Mən bunu birinci dəfə eşidirəm. Baxın bu selofan torbalar da dəyişilib,
qalındır. Kağız daxil olarsa alacam nə edim. Mən buradayam qorxmayın”
- ticarətçilər deyirlər.
“Kağız asan islanır. Amma nə edək nə desələr onu da edəcəyik” - ticarətçilər deyirlər.

Alıcıların əksəriyyəti yeni tənzimləmələr haqqında məlumatlı idi. Bəziləri bio torbaların bazara daxil edilməsini bizneslə əlaqələndirir.

“Selofan kağız daha yaxşıdır, belə əlbəttə daha çox mühafizədəyik”.
“Mənim heç bir məlumatım yoxdur, amma belə deyiblərsə yəqin laımdır”.
“Bu tənzimləmə xoşuma gəlmir, pulsuz yeganə torbalar verilirdi onu da bahalaşdırdılar. Deyirlər kağız daha baha olacaq. Bu adi biznesdir başqa heç nə deyil. İllərdir bu torbalar var hələ ki, mənə heç nə olmayıb.”


Plastik dünya üçün qlobal problemdir. Ona görə də ölklər onun tullantısından yaranan mənfi təsirləri azaltmağa çalışırlar.

Qeyd etmək lazımdır ki, plastic torbalar bio torbalardan visual olaraq fərqlənmir, ancaq o daha az dayanır və bu növ torbaların mühitdə çürüməsi üçün 2 il müddət lazımdır.


 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər