Marneuli-Tsereteli-Saimerlo xətti üzrə hərəkət edən bələdiyyə avtobusu sıradan çıxıb
Marneuli-Tsereteli-Saimerlo xətti üzrə hərəkət edən bələdiyyə avtobusu (sarı avtobus) texniki nasazlığa görə hərəkətini dayandırıb.

Marneuli “Avtopark”ının direktoru Qiqa Calağonia “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, avtobusun mühərriki sıradan çıxıb. Avtobusun təmirinə ötən gün
başlanılıb, ustalar mühərriki açıblar və nasazlığın səbəblərini müəyyənləşdiriblər.

Marneuli “Avtopark”ının direktoru “sarı avtobusun” Marneuli-Tsereteli-Saimerlo xətti üzrə hərəkətə nə vaxt başlayacağının isə dəqiq məlum olmadığını bildirdi.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər