Sabirkənddə qeyri-qanuni zibilliklər


İstifadə olunmuş iynələr, şüşə və plastik su qabları, qırılmış şüşələr, köhnə paltar və ayaqqabılar, uşaq bezləri, ölmüş heyvan və quş qalıqları. Bunların hamısı Sabirkənd küçələrinin birindəki qeyri-qanuni zibilliyə atılan tullantılarıdır. Həmin zibillik yaşayış evlərinə 5-10 metrlik məsafədə yerləşir.

Həmin ərazidən keçən zaman isə ətrafa üfunətli qoxunun yayıldığını hiss edirsən. Kənd sakinləri gün ərzində bu yoldan
istifadə edərək əkin sahələrinə və kənd mərkəzinə gedirlər.

Sakinlər zibilliyin yanından keçən yolla mütəmadi olaraq öz mal-qaralarını otlaq sahələrinə aparırlar. Onlar mal-qaralarının həmin ərazidən keçən zaman atılan tullantıları yeyəcəyindən ehtiyat edirlər.

Yerli sakinlər deyirlər ki, bu mövsümdə qoxu o qədər də hiss edilmir, lakin yay mövsümündə daha çox hiss olunur.

Bu kənd ərazisində yaranmış yeganə qeyri-qanuni zibilik deyil. Kəndin digər ərazilərində də bu cür zibil tullantıları mövcuddur.

Sabirkənddə olan vəziyyət haqqında “Təmiz Marneuli” MMC-nin direktoru Leri Mumladzenin məlumatı var. O, deyir ki, Sabirkənddə qeyri-qanuni zibilliklər təmizlənəcək, ancaq nə zaman bunu dəqiq bilmir. Zibil qutularının əlavə olunması üçün isə 100 000 larilik tender yaxın vaxtlarda elan olunacaq və kəndlərə paylanacaq.

"Ətraf əraziyə ən az 10 qutu əlavə etməliyik. Bəlkə yeni qutular aldıq, meriya 100 000 lari ayırıb və imkan daxilində qutuları artıracağıq. Bunun üçün tender elan olunacaq və təqribən iki ay vaxt lazım olacaq” - Leri Mumladze deyir.

Qanunsuz yaradılmış zibilliklər yalnız Sabirkəndin problemi deyil. Marneuli miqyasında təqribən 86 qeyri-qanuni zibillik var və onları təmizləmək yerli özünüidarənin öhdəliyidir.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər