Kvemo Kartli təşkilatları "Marneuli" radiosunun direktorunu ən obyektiv jurnalist adlandırıblar

“Marneuli” radiosunun direktoru Kamilla Məmmədova “Jurnalistlər sosial dəyişikliklər naminə” müsabiqəsinin qaliblərindən biridir.


Kvemo Kartlidə fəaliyyət göstərən təşkilatlar Kamilla Məmmədovanı ən obyektiv adlandırıblar.

Müsabiqə “Mülki inkişaf təşəbbüsləri” layihəsi çərçivəsində keçirilib. Həmin layihə Avropa İttifaqı və Konrad Adenauer Fondunun dəstəyi ilə Mülki Cəmiyyət İnstitutu tərəfindən həyata keçirilir.

Müsabiqənin məqsədi Gürcüstanın bölgələrində fəaliyyət göstərən mülki cəmiyyət qarşısında duran problemləri və
ictimai təşkilatların fəaliyyətlərini obyektiv və peşəkar şəkildə işıqlandıran jurnalistlərin aşkarlanmasıdır.

Mülki Cəmiyyət İnstitutu qalib gəlmiş jurnalistlərin aşkarlanması üçün Gürcüstanın 10 bölgəsində sorğu keçirib.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər