Marneuli meriyasında işlə təmin olunmuş 215 nəfər əməkdaşın ümumilikdə illik gəliri 3 765 100 lari təşkil edir

Marneuli meriyasında hal-hazırda 215 nəfər çalışır. Bunlardan 197 nəfəri tam ştatlı işçi, 18 nəfəri isə ştatdankənar əməkdaşdır.


Meriyada ən çox adam inzibati xidmətdə işləyir. Bu xidmətin 111 əməkdaşı var ki, bunun da səbəbi bələdiyyəyə daxil olan 18 inzibati ərazi vahidliyində merin nümayəndəsi və onların 62 köməkçisinin olmasıdır.

Meriyada tam ştatlı işçilərdən ən az maaşı üçüncü
dərəcəli kiçik mütəxəssislər alırlar. Onların maaşı 750 lari təşkil edir. Ən yüksək əməkhaqqını isə mer alır, onun aylıq maaşı 4 100 laridir. Merdən sonra ən yüksək maaşı onun müavinləri alırlar. Merin birinci müavini 3 700 lari, ikinci müavini isə 3 400 lari əməkhaqqı alır.

Meriyada mövcud olan 8 xidmətin rəhbərləri maaş qismində 2 300 lari alırlar, onların tabeçiliyində olan 19 şöbənin rəhbərləri isə 1 800 lari alırlar.

Marneuli bələdiyyəsinin 2019-cu ilin büdcəsinə əsasən, meriyada çalışan işçilərin ümumi maaşı üçün 3 765 100 lari xərclənəcək.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər