Repçi Nato Zaur Darğallı üçün mahnı yazıb
"Marneuli" radiosunun məlumatına görə “Gürcü arzusu”nun Marneulidən merliyə namizədi Zaur Darğallıya repçi Nato seçki qabağı mahnı yazıb.

Bizim məlumatımıza görə mahnıda aksent namizədin adına edilib. Məlumatı dəqiqləşdirmək üçün Marneulili repçi, Afiq Novruzov (“Nato”) ilə əlaqə saxladıq və o, məlumatı təsdiqlədi. Ancaq əlavə təfərrüatların yayılmasından çəkinərək “eksklüzivi özü saxladı”.

Marneulidə seçkiqabağı kampaniya başlayan zaman son illərdə namizədlər üçün mahnı
yazılması tendensiyaya çevrilib. İlk belə hal 2016-cı ildə parlament seçkiləri zamanı qeydə alınıb. Hazırda merlik uğrunda mübarizə aparan Əhməd İmamquliyev üçün yazılan mahnı üzərində də Afiq Novruzov (“Nato”) işləmişdi.

“Nato” yalnız İmamquliyevə yazılmış mahnı üzərində çalışmayıb. Onun yaradıcılığının daha bir nümunəsi Marneulinin keçmiş meri Temur Abazova həsr etdiyi musiqidir. Həmin mahnı 2017-ci ildə yerli özünüidarəetmə seçkilərində yazılıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər