Marneuli bələdiyyəsində məsul vəzifələrdə milli azlıqlar minimal həddə təmsil olunublar – Xalq müdafiəçisi

Xalq müdafiəçisi Gürcüstanda insan hüquqları və azadlığın müdafiəsi vəziyyəti ilə bağlı 2018-ci ilin hesabatını yayımlayıb.



Hesabatda Marneuli bələdiyyəsindən də bəhs olunur. Söhbət konkret olaraq etnik azlıqların qərarların qəbul olunması prosesində iştirakından gedir. Hesabatda qeyd olunub ki, qərarların qəbul olunması prosesində milli azlıqların iştirakının artırılması istiqamətində hələ də heç bir səmərəli addım atılmır.

“Milli azlıqların yığcam yaşadığı
Marneuli bələdiyyəsində 2018-ci il ərzində milli azlıq nümayəndələri məsul vəzifələrdə minimal həddə təmsil olunublar. Marneuli meriyasının 8 xidmətindən yalnız birinin rəhbəri milli azlıq nümayəndəsidir, Bələdiyyə Məclisinin 5 komissiyasından isə heç birinin sədri milli azlıq nümayəndəsi deyil. Marneuli Bələdiyyə Məclisi Bürosunun 11 üzvündən yalnız biri milli azlıq nümayəndəsidir. Bu misallar milli azlıqların təmsil olunması və iştirakı baxımından narahatlıq verici vəziyyəti aydın şəkildə göstərir ki, bu da inteqrasiya məsələləri ilə bağlı dövlət siyasətinin səmərəliliyini sual altda qoyur.”
– xalq müdafiəçisinin hesabatında qeyd edilir.

Qeyd olunmalıdır ki, 2014-cü ildə aparılan əhalinin siyahıya alınmasına görə, Marneuli bələdiyyəsində 104 300 nəfər yaşayır ki, buradan da 83,77% azərbaycanlılar, 8,58% gürcülər və 6,99% ermənilərdir.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər