Marneulidə “Gürcü Arzusu”nun seçkiöncəsi kampaniyası “Facebook” səhifəsinin yaradılması ilə başladı
Mərkəzi Seçki Komissiyası Marneulidə növbədənkənar mer seçkilərin tarixini rəsmi olaraq təyin edib. Marneulidə seçkilər 19 may tarixində keçiriləcək. Rəsmi tarixin elan olunmasından sonra isə seçkiöncəsi kampaniya rəsmi olaraq başlayıb.

“Gürcü Arzusu”nun Marneuli meri vəzifəsinə namizədi Zaur Darğallının rəsmi “Facebook” səhifəsi yaradılıb, səhifənin adı „ზაურ დარგალი მარნეულის მერად“/Zaur Dargali-dır.



“Avropalı Gürcüstan”ın mer vəzifəsinə namizədi Əhməd İmamquliyev isə 2016-cı il
Parlament seçkilərindən öncə yaradılmış “Facebook” səhifəsindən istifadə edir.



Hələlik Marneuli meri vəzifəsinə 4 nəfərin namizədliyi məlumdur. “Gürcü Arzusu”nun namizədi Zaur Darğallı, “Avropalı Gürcüstan”ın namizədi Əhməd İmamquliyev, müstəqil namizəd Əli Bədirov və “Milli Hərəkat”ın namizədi Aqil Mustafayev olacaq, lakin Marneuli 22 saylı Dairə Seçki Komissiyasının sədri Koba Asanidzenin “Marneuli” radiosuna verdiyi məlumata görə, hələlik bun namizədlərdən heç biri rəsmi olaraq qeydiyyatdan keçməyib.

Marneuli meri vəzifəsinə rəsmi qeydiyyatın vaxtı seçki gününə 30 gün qalmış tamamlanır. Buradan irəli gələrək 20 aprel tarixində artıq mer vəzifəsi uğrunda neçə nəfərin mübarizə aparacağı məlum olacaq.

P.S. Baxmayaraq ki, seçkilər təyin olunub və keçmiş merin səlahiyyətləri dayandırılıb, sabiq mer Temur Abazovun „თემურ აბაზოვი მარნეულის მერი“ səhifəsi hələ də fəaliyyət göstərir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər