Su təchizatı şirkəti günün sonunadək Saimerlo kəndinə suyun verilməsinə çalışacaq

Saimerlo kəndində su təchizatı bu gün günün sonuna qədər bərpa olunacaq.

Bizimlə söhbət zamanı Birləşmi su Təchizatı Şirkətinin Marneuli Xidmət Mərkəzinin meneceri Giorgi Kavtaradze bildirdi ki, Saimerlonun nasos stansiyasında mühərrik xarab olub.

“Saimerlo kəndində indiki mərhələdə təmir işləri gedir. Maksimum günün sonuna, saat 6-ya qədər iş
qrafikimiz var və təmir başa vurmalıyıq və sonra əhaliyə su veriləcək”
– Giorgi Kavtaradze bildirir.

İçməli su problemi Marneuli bələdiyyəsinin Saimerlo kəndində əhalini 5 gündür ki, narahat edir.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər