Bioloji olaraq parçalanmayan polietilen torbaların istehsalı qadağan olunub

Bu gündən, 1 aprel tarixindən Gürcüstanda istənilən qalınlıqda polietilen torbaların istifadəsi, idxalı və istehsalı qadağan olunub.


Qaydalar qüvvəyə minmədən 4 gün əvvəl Marneulidə sahibkarların əksəriyyəti yeni qanun haqqında heç nə bilmirdi, ancaq dəyişikliklər üçün hazır olduqlarını bildirirdilər.

Bu qaydanın pozulması halında sahibkarlar 500 lari həcmində cərimələnəcək və məhsul əlindən alınacaq. Qaydaların təkrar pozulması halında isə sahibkar
subyekt 1 000 lari həcmində cərimələnəcək.

Polietilen torba satışı ilə məşğul olanları qaydaya əsasən yerli özünüidarəetmə orqanları yoxlamalıdır. Marneuli meriyasından bildirirlər ki, bununla bağlı onlara hələ tam hüquq verilməyib.

Torba istehsalçılarına Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamenti nəzarət edəcək.

Qeyd edilməlidir ki, polietilen torbalar bioloji olaraq parçalana bilən torbalardan görünüş olaraq fərqlənmir. Ancaq o daha az dözümlüdür və onun çürüyeb torpağa qarışması üçün 2 il kifayətdir.


 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
შინაგან საქმეთა სამინისტროს ცნობით, გარდაბანში ძმამ და მოკლა.
09:45 / 17.05.2024