Temur Abazov meriyadan işləmədiyi ayların maaşı olan 32 000 larini ala bilməyəcək

Marneulinin sabiq meri Temur Abazov meriyadan işləmədiyi ayların maaşı olan 32 000 larini ala bilməyəcək.

Qeyd edək ki, Abazov həbsdə olduğu 7 ay ərzində səlahiyyətləri dayandırıldığına görə ala bilmədiyi maaşını tələb edirdi. Bələdiyyə Məclisi bu tələbi arayış qismində 13 mart tarixində keçirilmiş iclasda qəbul etmişdi.

Məsələnin müzakirəsi meriyaya həvalə olunmuşdu və bununla bağlı mənfi qərar qəbul olundu. Abazovun
tələbinin nə üçün təmin olunmaması ilə bağlı meriyada yalnız onu deyirlər ki, bu tələb hüquqi çərçivəyə sığmır. Meriyadan bildirirlər ki, bu mərhələdə qərarı yalnız Bələdiyyə Məclisi qəbul edib və hələlik tərəflərə göndərməyib.

“Bütün proseduralar keçildikdən sonra əgər ictimailəşdirilməsinə ehtiyac olarsa, biz ictimailəşdirəcəyik”, – meriyadan deyirlər.

Temur Abazov 7 ay müddətində ilkin həbsdə olub. O, Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı rəftarda ittiham olunur. Məhkəmə Temur Abazovu 13 dekabr tarixində girov qarşılığında azadlığa buraxmışdı. 12 fevral tarixində isə Marneuli Bələdiyyə Məclisi Abazovun ərizəsi əsasında onun mer səlahiyyətlərini dayandırmışdı.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər