Marneulidə 32 məcburi köçkün ailə üçün kənd salınacaq (FOTO/VİDEO)
Marneulidə hazırda Elevator məntəqəsində yaşayan ekoloji səbəblərə görə köçkün düşmüş 32 ailəyə ev tikəcəklər.
Almaniya Federativ Respublikası hökuməti məcburi köçkünlərə yardım məqsədi ilə Gürcüstana 10 milyon avro verəcək və bu məbləğin bir hissəsi Marneulidə kənd tipli məntəqənin tikintisinə sərf olunacaq. Elevatorda yaşayan Maya Şukakidze illərdir ki, yaşayış evinin həsrətindədir. Ümidini itirmiş çoxuşaqlı ana evi öz vəsaiti
ilə tikməyə başlayıb, ancaq sevindirici xəbəri tez veriblər və yeni evi Maya kimi bir çox köçkün də sevinclə gözləyir və onlar öz sevinclərini bizimlə paylaşdılar.

"Mən açarı əlimdə tutmuşdum və geri qaytardım dedim ki, kənddə yaşamaq istəyirəm. Mənim həyat yoldaşım yoxdur, qoca qadına ev tikə bilmirəm. Kənd təsərrüfatı ilə özümü idarə etməliyəm. Mənə cavab vermədilər. Sonra öz-özün rəsmiləşdirildi və indi oğlum mənzildə yaşayır" - sakinlər deyir.

Elevatorda bu gün bir neçə incik düşmüş adamla da rastlaşdıq. Özəl evlərin tikintisi ilə bağlı rəsmi cavab məlum olana qədər buralı sakinlər mənzil üçün mübarizəyə başlayıblar. Düşünüblər ki, evsiz qala bilərlər və ona görə də onların bir hissəsi Marneulidə binaların verilməsi ilə razılaşıblar və bir az incik şəkildə hisslərini bizimlə bölüşdülər.

"Çox sevinirik. Neçə ildir ki, içməli su həyətə çəkilib. Çox əziyyət çəkirdik. Mən ev tikirdim hökumət dayandırdı. 18 ildir buradayam və 3 uşaq anasıyam. Binadan imtina etdim ki, biz kənd əhalisiyik və kənd təsərrüfatına üstünlük veririk. 3 otaq mənə yetmirdi və öz evim daha yaxşı olardı" - sakinlər deyir.

Ekoloji köçkünlər 1991-ci ildə Saçxeredə baş vermis zəlzələ nəticəsində köçüblər. O vaxtdan on illər keçib və onlar bu günə kimi dözülməz şəraitdə yaşayıblar. Su və təbii qazdan çox az müddətdir ki, istifadə etməyə başlayıblar.

Marneuli merinin səlahiyyətlərini yerinə yetirən Zaur Tabatadzenin dediyinə görə, mövzu ilə bağlı 4 ildir ki, danışıqlar gedirmiş və məntiqi nəticəni əldə ediblər

"Mənim iki oğlum var biri evlidir biri subay.Mən, həyat yoldaşım, iki oğlum və biri də evlidir hamımız 3 otaqlı mənzilə necə yerləşə bilərik axı. Çıxış yolumuz yoxdur amma mən bu işi belə qoymayacam" - Zaur Tabatadze deyir.

Yaşayış evlərinin tikintisinin başlanğıc büdcəsi 25 min avrodur. Maliyyələşdirmə üçün müqavilə 22 fevralda imzalanıb. Müqaviləni Gürcüstanın İşğal Edilmiş Ərazilərindən Köçkünlər, Əmək, Sağlamlıq və Sosial Müdafiə naziri Davit Sergeenko, Almaniya Federativ Respbublikası və İnkişaf Bankının (KFW) Cənubi Qafqaz ofisinin direktoru Klaus Fayqel və Danimarka Qaçqınlar Şurasının (DRC) Gürcüstan nümayəndəliyinin direktoru Vinsent Dondod imzalayıb.




.







Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər