Temur Abazov meriyanın qərarı ilə bağlı məhkəməyə müraciət edəcək

Temur Abazov meriyanın 32 000 lari kompensasiya ödənilməsi tələbinin rədd edilməsi qərarı ilə bağlı məhkəməyə müraciət edəcək.

“Marneuli” radiosuna bu barədə məlumatı Abazovun vəkili Qaqi Mosiaşvili verib.

Mosiaşvilinin “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onlar hələ meriyadan kompensasiyanın ödənilməsindən imtina ilə bağlı cavab almayıblar.

“Bizim tələbimiz qanuna müvafiqdir, biz bizə aid olanı tələb edirik. Əgər yerli
hakimiyyət, konkret halda, meriya qeyri-qanuni qərar qəbul etsə, bu qeyri-qanuni qərarla bağlı müvafiq orqanlara şikayət edəcəyik”,
– Qaqi Mosiaşvili deyib.

Abazov həbsdə olduğu 7 ay ərzində səlahiyyətləri dayandırıldığına görə ala bilmədiyi maaşını tələb edirdi. Bələdiyyə Məclisi bu tələbi arayış qismində 13 mart tarixində keçirilmiş iclasda qəbul etmişdi.

Məsələnin müzakirəsi meriyaya həvalə olunmuşdu və bununla bağlı mənfi qərar qəbul olundu. Meriyadan bildirirlər ki, bu mərhələdə qərar yalnız Bələdiyyə Məclisinə göndərilib və ictimai deyil, məhz buna görə də Abazova nəyin əsasında rədd cavabı verildiyi məlum deyil.

Temur Abazov 7 ay müddətində ilkin həbsdə olub. O, Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı rəftarda ittiham olunur. Məhkəmə Temur Abazovu 13 dekabr tarixində girov qarşılığında azadlığa buraxmışdı. 12 fevral tarixində isə Marneuli Bələdiyyə Məclisi Abazovun ərizəsi əsasında onun mer səlahiyyətlərini dayandırmışdı.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər