Bələdiyyə Məclisi deputatları ilə bağlı məlumatlar 17 ay sonra yayımlanmağa başladı

Marneuli bələdiyyəsinin rəsmi saytına Bələdiyyə Məclisi üzvləri ilə bağlı məlumatların əlavə olunmasına başlanıldı.


Hal-hazırda saytda məclis üzvlərinin adları, soyadları, telefon nömrələri, təhsilləri, iş təcrübələri və bəzi hallarda elektron poçtlarına rast gəlmək olur.

Bələdiyyə Məclisinin
PR xidmətindən “Marneuli” radiosuna verilən məlumata görə, məlumatların əlavə olunması yaxın günlərdə tamamlanacaq.

Seçkilərdən 17 ay keçməsinə baxmayaraq bunadək deputatlarla bağlı məlumat yerləşdirilməmişdi və buna səbəb olaraq isə texniki çatışmazlıqlar göstərilirdi.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər