Marneuli bələdiyyəsi 112 ədəd zibil konteyneri alacaq
Marneuli bələdiyyəsi yerli özünüidarə orqanı 112 ədəd zibil konteynerinin alınması üçün 84 560 larilik tender elan edib.

Tenderin şərtlərinə görə, zibil konteynerləri böyük ölçülü və sinklənmiş poladdan hazırlanmış olacaq. Güman ki, Marneuli bələdiyyəsi plastik zibil konteynerlərinin asan şəkildə yanması və sıradan çıxmasına görə polad konteynerlərin alınmasına qərar verib. Polad zibil konteynerləri isə odadavamlı olacaq.

“Təmiz Marneuli”
MMC-nin (“სუფთა მარნეული”) direktoru Leri Mumladzenin “Marneuli” radiosuna bildirdiyinə görə, yeni konteynerləri şəhərin görüntüsünə xələl gətirməmək Marneulinin mərkəzi küçələrinə yerləşdirməyi planlaşdırırlar. Köhnə konteynerlər isə kəndlərə paylanılacaq.

Marneuli meriyası qeyd olunan tenderi 5 aprel tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 13 apreldən 15 aprel tarixinədək ərizə ilə müraciət edə biləcəklər.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər