Gürcüdilli məktəblərdə 6 nəfər eksternatın hamısı imtahanlardan kəsilib

Marneulidə mərkəzləşdirilmiş şəkildə keçirilən eksternat imtahanlarından bütün şagirdlər kəsilib.

Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Kənan Ömərovun “Marneuli” radiosuna bildirdiyinə görə, mərkəzləşdirilmiş şəkildə keçirilmiş imtahanlar üçün Marneuli miqyasında 6 şagird qeydiyyatdan keçib və onlardan heç biri keçid balını toplaya bilməyib.

Resurs Mərkəzindən bildirildiyinə görə, mərkəzləşdirilmiş eksternat imtahanları yalnız gürcüdilli məktəblərdə 12-ci sinif şagirdləri üçün keçirilir və suallar Təhsil, Elm, Mədəniyyət
və İdman Nazirliyi tərəfindən göndərilir.

Qeyri-gürcüdilli məktəblər üçün isə eksternat imtahanlarının suallarını məktəblər özləri hazırlayır. Qeyri-gürcüdilli məktəblərdə eksternat imtahanlarından şagirdlərin neçə faizinin keçdiyi isə hələlik məlum deyil. Bu barədə məlumatı Resurs Mərkəzinə Marneuli ictimai məktəbləri göndərəcəklər.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər