Maretidə mini stadionun tikilməsi üçün 67 796 lari ayrılıb

Marneuli bələdiyyəsinin Mareti kəndində mini futbol və basketbol üçün nəzərdə tutulmuş mini stadionun tikilməsi üçün meriya tərəfindən tender elan olunub.


Marneuli meriyası Maretidə mini stadionun tikilməsi üçün 67 796 lari ayırıb.

Tenderin şərtlərinə görə, tenderdə qalib gəlmiş şirkət mini futbol və basketbol üçün nəzərdə tutulmuş meydançanın tikintisini 60 gün ərzində tamamlamalıdır.

Marneuli meriyası Maretidə mini futbol
və basketbol meydançasının yaradılması üçün tenderi 3 aprel tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 12 apreldən 15 aprel tarixinədək ərizə ilə müraciət edə biləcəklər.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər