9 aprelə həsr olunmuş tədbirlər 8 aprel axşamından başlayacaq
Marneulidə 9 aprelə həsr edilmiş tədbirlər keçiriləcək. İlk tədbir bu gün, 8 apreldə iki tədbir isə sabah, 9 apreldə baş tutacaq.

Bizimlə söhbət zamanı meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mariam Xaçidzenin dediyinə görə, bu gün Sereteli kəndində olan 9 aprel parkında “Azadlıq üçün təşəkkür” adlı aksiya-tədbir baş tutacaq.

1989-cu ilin 9 aprel və 1991-ci ilin 9 aprel
hadisələri ilə bağlı sənədli kadrlar nümayiş olunacaq. Memoriala mərkəzi və yerli hakimiyyət nümayəndələri əklil qoyacaq. Qeyd edilməlidir ki, tədbir bu gün, 8 apreldə saat 23:30-da başlayacaq.

9 apreldə həlak olan qəhrəmanların xatirəsinə hörmət olaraq tədbirlər eləcə də Tamarisi və Algeti kəndlərində də keçiriləcək.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər