Marneulidə 9 aprel faciəsi yad edilib
Bu gün, 9 apreldə Tamarisi və Algeti kəndlərində 9 aprelə həsr edilmiş tədbir baş tutdu. Tamarisi kəndində dünyasını dəyişənlərin ruhunun yad ediblər. Yerli hakimiyyət nümayəndələri dünyasını dəyişənlərin memorialına əklil qoydu. Marneulinin mer vəzifəsini yerinə yetirən Zaur Tabatadze bu günün əhəmiyyətindən danışdı.



"Bugünkü gün bizim ölkə üçün olduqca əhəmiyyətli gündür. 9 aprel bizim yaxın tariximizin kitabına ağır səhifə
olaraq yazılan tarixdir. Bu faciə və qələbə günü idi"
- Zaur Tabatadze deyir.

9 apreldə baş vermis hadisələri bizimlə söhbət zamanı aksiya iştirakçısı, Tamarisi sakini Rusiko Davitadze xatırlayır və deyir ki, bu gün həqiqətən də azadlıq üçün mübarizə günü idi.

"Bu gün çox ağır xatırlanan gündür. Azadlıq üçün mübarizə başlayanda Tamarisidən demək olar ki, 35% gənclər bu mübarizəyə qoşuldular və hər gün Tbilisiyə gedib gəlirdilər. Sonra biz analar birləşdik və getdik. Həmin gecə iştirak etməmişəm amma əvvəlki günləri orada keçirdim” - Rusudan Davitadze gözü yaşlı 9 aprel hadisələrini yad edir.

Bu günkü tədbirdə Kvemo Kartlidə Dövlət Müvəkkili Zaur Darğallı, Marneulinin majoritar-deputatı, yerli hakimiyyət nümayəndələri və maraqlanan şəxslər iştirak edirdilər. Tamarisi kəndində tədbirdə yerlilər şeir oxudular və müxtəlif musiqi nömrələri ilə çıxış etdilər.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər