Azadlıq əldə etmək üçün Tamarisidən parlamentə qədər - aksiya iştirakçısı 9 apreli yad edir

Bu gün 9 aprel faciəsindən 30 il ötür. Tamarisidə yaşayan Rusudan Davitadze 1989-cu ildə aksiyada iştirak edirmiş.

Öz hisslərini bizimlə bölüşdü və 9 apreli azadlıq üçün mübarizə günü adlandırır.

“Həmin gün çox ağır xatırlanan gündür. Azadlıq üçün mübarizə başlayanda Tamarisidən demək olar ki, 35% gənclər mübarizəyə qoşuldu və Tbilisiyə aksiyaya gedirdilər. Sonra biz analar da qoşulduq. Həmin gecə
iştirak etmirdim ancaq əvvəlki gecələri orada keçirdim. Hər il gecə saat 12-də çıxıram və burada, memorialın yanında şam yandırıram. Hamının yadında qalan gün olmalıdır. Həmin 9 aprel Gürcüstanın azadlğına yol açdı. Bunların hamısı onların fədakarlığının nəticəsidir”
- Rusudan Davitadze gözü yaşlı 9 aprel hadisələrini xatırlayır.

1989-cu ilin 9 aprelində, səhərə yaxın Sovet Şurasının silahlı qüvvələri Tbilisinin mərkəzində, parlament binasının qarşısında dinc etiraz aksiyasını dağıtdılar və ölənlər oldu.

Nəticədə 21 adam həlak oldu. Parlamentin qarşısına toplanmış minlərlər vətəndaş qeyri-müəyyən tərkibli qazdan zəhərləndi.

1991-ci ilin 9 aprelində o zamankı Ali Şura həmin tarixi Gürcüstan dövlətçiliyinin müstəqilliyinin bərpası günü elan etdi.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər