“Güc Birlikdədir” Marneuli meri vəzifəsinə Aqil Mustafayevin namizədliyini rəsmi olaraq təqdim etdi
Bu gün, 11 aprel tarixində “Güc Birlikdədir” Marneuli meri vəzifəsinə Aqil Mustafayevin namizədliyini rəsmi olaraq təqdim etdi.

Mustafayev 19 may tarixində növbədənkənar mer seçkilərində Marneuli meri vəzifəsi uğrunda mübarizə aparacaq.

Merliyə namizədin “Marneuli” radiosu ilə söhbəti zamanı dediyinə görə, o, qalib gələcəyinə əmindir.

“Biz mütləq şəkildə qalib gələcəyik. Biz qalib gələndən sonra mütləq Marneulidə nepotizmi,
korrupsiyanı sona yetirəcəyik və bu qələbə yalnız mənim, yalnız bizim qələbəmiz olmayacaq. Bu qələbə eyni zamanda bütün Marneulililərin qələbəsi olacaq. Artıq xalqın qələbə çalmasının vaxtıdır”,
– deyə Aqil Mustafayev bildirib.

Merliyə namizədin təqdimatında “Güc Birlikdədir”in mərkəzdən olan və yerli liderləri də iştirak edirdilər.

“Güc Birlikdədir”in prezidentliyə keçmiş namizədi Qriqol Vaşadze Marneulililərin onların partiyasına olan dəstəyinə diqqət çəkdi. Onun sözlərinə görə, prezident seçkilərində Marneulidə “Güc Birlikdədir” qalib gəlib və indi də, mer seçkilərində Marneuli xalqı məhz Aqil Mustafayevi dəstəkləyəcək.

“Aqil Mustafayev peşəkarların cəmləşdiyi, Gürcüstanı rüşvətxorluqdan, sükunətdən, iqtisadi çöküşdən və kütləvi emiqrasiya şəraitindən çıxara biləcək insanların olduğu gücü təmsil edir”, – Qriqol Vaşadze bildirdi.

Xatırladırıq ki, 19 may tarixində keçiriləcək növbədənkənar mer seçkilərində “Güc Birlikdədir”in namizədi Aqil Mustafayev, “Gürcü Arzusu”nun namizədi Zaur Darğallı, “Avropalı Gürcüstan”ın namizədi Əhməd İmamquliyev və müstəqil namizəd Əli BƏdirov mer vəzifəsi uğrunda mübarizə aparacaq.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər