Mülki Məşğulluq Mərkəzində mer vəzifəsinə namizədlərin debatı keçirilə bilər
Marneuli Mülki Məşğulluq Mərkəzi mer vəzifəsinə namizədlərin öz seçki proqramlarını təqdim edə biləcəyi və seçicilərlə müzakirələr apara biləcəyi görüşlər təşkil etməyi planlaşdırır. Görüşdə onlar seçiləcəkləri halda üzərində çalışacaqları prioritet məsələləri təqdim edəcəklər, görüşün ikinci hissəsində isə auditoriya tərəfindən səsləndirilən suallara cavab verəcəklər.

Marneulidə növbədənkənar mer seçkiləri 19 may tarixində keçiriləcək. Bu vaxta qədər 4 namizədin kimliyi artıq məlumdur. Seçkilərdə
“Güc Birlikdədir”in namizədi Aqil Mustafayev, “Gürcü Arzusu”nun namizədi Zaur Darğallı, “Avropalı Gürcüstan”ın namizədi Əhməd İmamquliyev və müstəqil namizəd Əli Bədirov mer vəzifəsi uğrunda mübarizə aparacaqlar.

Mülki Məşğulluq Mərkəzinin nümayəndəsi Mariam Samxaradzenin dediyinə görə, mer vəzifəsinə namizədlərlə görüş güman ki, gələn həftə keçiriləcək. Artıq namizədlərdən ikisi görüşlər üçün razılıq verib. Digər iki namizədə gəlincə isə onlarla görüşün vaxtı dəqiqləşdirilir.

Görüşlərdə qeyri-hökumət təşkilatları və mətbuat nümayəndələri, fəal vətəndaşlar, gənclər və digər maraqlanan şəxslər iştirak edəcəklər.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər