Marneuli merliyinə namizədlərin seçkiqabağı proqramları haradadır?

Marneulidə növbədənkənar mer seçkiləri öncəsi kampaniya müddəti rəsmi olaraq 2 həftə əvvəl başlayıb.

Mer vəzifəsinə dörd namizədin kimliyi artıq məlumdur, lakin Marneuli sakinlərinin hələ ki, onların proqramı haqqında məlumatları yoxdur.

“Marneuli” radiosu namizədlərin əsas düşüncələrinin nə olduğunu, mer seçiləcəkləri halda hansı işləri görəcəklərini və bələdiyyədəki problemlərlə bağlı fikirlərini öyrənmək üçün bütün namizədlərlə əlaqə saxladı.

“Gürcü Arzusu”nun namizədi Zaur Darğallının
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, onların proqramı böyükdür. Bələdiyyənin inkişafı ilə bağlı düşüncələrinə gəlincə isə, bu barədə onun namizədliyinin rəsmi təqdimatından sonra geniş şəkildə danışacaq.

Müstəqil namizəd Əli Bədirov və birləşmiş müxalifət “Güc Birlikdədir”in namizədi Aqil Mustafayevin seçki proqramları hələ hazır deyil.

Əli Bədirov “Marneuli” radiosuna bildirdi ki, namizədliyinin qeydə alınması üçün imza toplamaqla məşğul olduqlarına görə, proqram üzərində işləyə bilməyiblər və onun proqramı gələn həftə, güman ki, Marneuli Mülki Məşğulluq Mərkəzi keçiriləcək görüşədək hazır olacaq.

Birləşmiş müxalifətin namizədi Aqil Mustafayev bildirdi ki, proqram üzərində işlər davam edir və günün sonunadək göndərəcəyini vəd etdi.

“Avropalı Gürcüstan”ın Marneuli meri vəzifəsinə namizədi Əhməd İmamquliyevə gəlincə isə, o, bildirdi ki, proqramının çap versiyası kitabça və broşüralar hazırlandıqdan sonra məlum olacaq. Onun dediyinə görə, prioritet məsələlərdən biri kəndlərdə idman həyatının inkişafı olacaq ki, bunun üçün də bütün kəndlərdə idman zalları və futbol meydançaları yaradacaqlar. Fiziki məhdudiyyətli insanlar üçün bələdiyyə nəqliyyatlarında gedişin pulsuz olması, tələbələr üçün meriyada təcrübə keçmək imkanı, meriyada işə kadrların qəbulu prosesinin şəffaflığı, kəndlərdə və icmalarda uşaq bağçalarının tikilməsi və ya təmiri və kəndlərdə içməli su və yol probleminin həlli də onun planlarına daxildir.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər