Ukraynadakı seçkilərdə Zelenskinin qələbəsini Marneulidə müxalifət üzvləri də qeyd ediblər
"Güc Birlikdədir" hərəkatının liderləri gecə saat 12:00-da Ukrayna və Gürcüstanın bayraqları ilə Marneulinin 9 aprel parkında Zelenskinin qələbəsini qeyd etmək üçün qısa video və fotolar çəkiblər.

Parlamentin dördqat deputatı Azər Süleymanov, Marneuli merliyinə namizəd Aqil Mustafayev və başqa qərargah üzvləri Vladimer Zelenskinin sabiq prezident Petro Poroşenkoya qalib gəlməsini belə qeyd ediblər.

Vladimer Zelenski ilkin göstəricilər əsasən səslərin
73%-ni, Poroşenko isə 27%-ni toplayıb. Toplananlar şəkil və videoları "Yaşasın Ukrayna" fonunda çəkiblər. İştirakçılar aksiyanı "yaşasın Mişa" şüarı ilə başa vurublar.

Yayımlanan videonun müəllifi Azad Kərimovdur. O, prezident seçkilərindən sonra "Avropalı Gürcüstan" partiyasından Milli Hərəkatın sırasına keçib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər