Marneulidə Təcili Tibbi Yardım Mərkəzinin tikintisi güman ki, 2019-cu ildə başa çatacaq

Marneulidə təcili yardım mərkəzinin tikintisi güman ki, 2019-cu ildə başa çatacaq.


Meriya Marneuli şəhərində təcili tibbi yardım mərkəzinin tikintisinin qalan işləri və ətraf həyət ərazisinin bərpası işlərinin alqı-satıqısı ilə bağlı daha bir tenderlə bağlı müqavilə bağlayıb.

Tender 19 martda ikinci cəhddə baş tutub və qalib olaraq “Dioqnisi” MMC qeyd olunub. Şirkət işləri müqavilə bağlandıqdan 120
təqim günündə başa vurmalı idi.

Mərkəzin tikintisi təqribən iki ildir davam edir. Bina qaydaya əsasən 2018-ci ilin yanvar ayında başa çatmalı idi, ancaq işlərin hansı səbəbdən uzandığı ilə bağlı sualı meriya cavabsız qoydu.

İlk əvvəl mərkəzin tikintisi üçün yerli özünüidarəetmə 152 000 larilik tenderi 2017-ci ilin sentyabrında elan edib. Demək olar ki, iki ildir bir mərtəbəli tibbi mərkəzin tikinitisi işlərini aparan qalib şirkət “İnter Plusdur” MMC-dir. Məbləğin 95%-ni dövlət büdcəsi maliyyələşdirir, 5%-i isə yerli özünüidarəetmə maliyyələşdirir.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər