Naveriani hesab edir ki, onun Pankisiyə getməsi vəziyyətin tənzimlənməsinə dəstək olub

Marneulinin majoritar deputatı Tamaz Naveriani hesab edir ki, Pankisiyə getməklə vəziyyətin tənzimləməsinə dəstək olub.

Naveriani 21 apreldə Pankisidə olub və bunu təsvir edən fotoları yerli media vasitəsi "WAY" Radiosu öz facebook səhifəsində yayımlayıb. Maraq yaranır ki, Marneulili Parlament üzvü Pankisi dərəsinə niyə gedib və bununla bağlı Tamaz Naverianiyə zəng vurduq. O, deyir ki, gedən proseslərin “uzağa getməsini” istəmirmiş.

“Görəndə ki, Pankisidə vəziyyət necədir orya getdim. Pankisidən çox dostum var və çox adam tanıyıram. Getdim ki, vəziyyətin tənzimləməsinə bir köməyim olsun. Bu yalnız mənim marağım idi. Bu problem dərinə getməsin, daha artıq çətinlik olmasın deyə öz
töhfəmi verdim
. Hesab edirəm ki, öz qatqımı daxil etdim, orada adamlarla danışdım və onlar həmin halda vacib olan mövqelərini başa düşdülər və indiki mərhələdə mövqelər artıq tənzimlənib” - "Marneuli" radiosuna Tamaz Naveriani bildirir.

Polis və yerlilər 21 apreldə Pankisi dərəsində qarşıdurmaya çıxıblar. Əhali dərədə tikilən hesin inşasına etiraz edir. Qarşıdurma nəticəsində polis maşınları və hesi tikən şirkətə aid olan tikinti texnikasına zərər dəyib. Polis göz yaşardıcı qazdan və rezin güllədən istifadə edib. Əhali isə hüquq mühafizəçilərinə daş atıblar.

Dərəyə Daxili İşlər Naziri Qiorqi Qaxaria da gedib. Yerlilərlə danışıqlardan sonra o, deyib ki, hesin inşası əhalinin 90%-i layihəni dəstəkləməyənə qədər dayandırılacaq və xüsusi təyinatlılar da ərazini tərk edəcək.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər