24 aprel tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində mer vəzifəsinə dörd namizədlə görüş keçiriləcək
Çərşənbə günü, 24 aprel tarixində saat 13:00-da “Mülki Məşğulluq Mərkəzləri Şəbəkəsinin” Marneuli ofisinin təşkilatçılığı ilə Marneuli merliyinə namizədlərlə görüş keçiriləcək.

Marneuli Mülki Məşğulluq Mərkəzinin anonsuna əsasən görüşdə namizədlər vətəndaşların qoşulması istiqamətində Marneulidə olan problemlər haqqında danışacaqlar və öz baxışlarını təqdim edəcəklər. Konkret olaraq: Gender Bərabərliyi Şurası və Merin Məsələhətçi Şurasının fəaliyyəti, kənd yığıncaqlarının təşkil edilməsi və etnik azlıqlara
ana dilində məlumat verilməsi haqqında. Namizədlər eləcə də gənclərin, qadınların, fiziki məhdudiyyətli şəxslərin ehtiyacları haqqında da öz baxışlarını təqim edəcəklər. Namizədlərə vaxt veriləcək ki, bələdiyyənin sosial proqramındakı problemləri müzakirə etsinlər və bələdiyyənin iqtisadi inkişaf baxışlarını təqdim etsinlər.

Namizədlərə bir-birinə sualla müraciət etmək, eləcə də auditoriyanın suallarına cavab vermək üçün vaxt veriləcək.

Marneulidə planlaşdırılan növbədən kənar mer seçkiləri üçün 15 namizəd qeydiyyatdan keçib. Görüşdə 4 namizəd iştirak edəcək: #2 “Avropalı Gürcüstanın” namizədi Əhməd İmamquliyev, #5 “Milli Hərəkatın” namizədi Aqil Mustafayev, #41 “Gürcü Arzusunun” namizədi Zaur Darğallı və #42 müstəqil namizəd Əli Bədirov.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər