"Güc Birlikdədir"in Marneuli kəndlərindəki görüşlərində Qriqol Vaşadze də iştirak edir
"Güc Birlikdədir" hərəkatının nümayəndələri Marneulidə seçkiöncəsi kampaniya çərçivəsində Təzəkənd və Ulaşlı kəndlərinin sakinləri ilə görüşdülər. Birləşmiş müxalifətin lideri Qriqol Vaşadze, millət vəkili Azər Süleymanov, Marneuli meri vəzifəsinə namizəd Aqil Mustafayev və partiyanın digər üzvləri yerli əhali ilə görüşərək onların problemləri ilə maraqlanıb və həlli yollarını müzakirə ediblər.

"Güc Birlikdədir" hərəkatının üzvləri əhali ilə görüş zamanı öz proqramları
haqda da məlumat veriblər. Bu haqda bizə partiyanın fəallarından olan Azad Kərimov məlumat verdi. Onun sözlərinə görə, kənd sakinlərini əsasən içməli su, yol, heyvanların otlaq sahəsi kimi problemlər narahat edir.

Xatırladaq ki, ötən gün "Güc Birlkikdədir" hərəkatının üzvləri Qasımlı, Qaçağan və Kirəc Muğanlı kəndinin sakinləri ilə də görüş keçiriblər.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər