Milli Ərzaq Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) əhalini Pasxa bayramı günlərində şübhəli yerlərdən ət, ət məhsulları və yumurta almaqdan çəkinməyə çağırıb
Pasxa bayramı günlərində yumurta və ət məhsullarından istifadə çoxalıb. Artan tələb fonunda çox hallarda ət və yumurtanın istehsalı etibarsız mühitdə olur və saxlama şərtləri qorunmur, ətin mənşəyi və heyvanın kəsildiyi yer məlum deyil” – bu haqda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının bəyanatında deyilir.

Milli Ərzaq Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) əhalini məhsulun saxlanması
şərtlərində gigiyenik normaların qorunmadığı yerlərdən ət, ət məhsulları və yumurta almaqdan çəkinməyə çağırıb. Ət alan zaman istifadəçi bəzi hallara diqqət yetirməlidir: ət təmiz, bağlı soyuducuda, 2-dən 6 dərəcəyə kimi uyğun temperaturda saxlanılmalıdır, saxlama müddəti isə 48 saatdır.

“Satılan ətin etiketində sonrakı məlumatlar yerləşdirilməlidir:

•Ölkənin adı (sallaqxananın yerləşdiyi ölkə), sallaqxananın tanınması və ya şərti tanınma nömrəsi (heyvanın kəsildiyi yer); Eləcə də hazırlanma tarixi və saatı.
•Əgər ət Gürcüstanda anadan olmuş, böyümüş heyvanın ətidirsə (“istehsal-Gürcüstan”), etiketdə heyvanın qulaq işarəsi, identifikasiya nömrəsi qeyd olunmalıdır;
•Əgər ət idxal olunubsa etiketdə idxalçı ölkənin adı qeyd olunmalıdır;
•Müxtəlif mənşəli ət (inək, qoyun, donuz, keçi) soyuducuya ayrı yerləşdirməlidir. Eləcə də müxtəlif ölkələrdən (Braziliya, Ukrayna və.s.) idxal edilmiş ət də ayrı-ayrılıqda yerləşdirilməlidir.

Etiket görünən yerə, məhsulun yerlədşirildiyi soyuducuya vurulmalıdır”
– bəyanatda deyilir.

Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı tərəfindən yayılan məlumata görə, bəzi hallarda Pasxa ərəfəsində satışa çıxarılan yumurtalar çoxdan yığılmış olur. Gürcüstan qanunvericiliyinə əsasən yumurta 21 gün ərzinə satılmalıdır, əgər yumurtanın saxlanılması 0°C‑dən 10°C‑yə qədər dərəcədə olursa, onu istifadəçiyə 1 ay ərzində təqdim etmək olar.

“Yumurta alan zaman istifadəçi aşağıdakı bəzi hallara diqqət yetirməlidir:

•Yumurtanı gigiyenik və saxlama normalarının qorunduğu yerdən alsın.
•Bişirilmiş yumurta soyuducuda 24 saat, +2-6 dərəcədə saxlanılmalıdır.
•Soyuducuya və ya məişət qabına yerləşdirilənə qədər yumurta yuyulmalıdır – təmiz əllə yuyulsa daha yaxşı olar.
•Yumurta istifadə üçün təhlükəsiz olsun deyə o, diqqətlə bişirlməli və ya qızardılmalıdır.

Milli Ərzaq Agentliyi və FAO nəzərə alıblar ki, qeyri-rəsmi ticarət yerlərində ət və ondan istehsal olunan ərzaqların qiyməti xüsusi mağazalardan və hipermarketlərdə olan qiymətlərdən bir az fərqlənə bilər. Ancaq əhalinin yadda saxlaması əhəmiyyətlidir ki, baytar nəzarətindən kənar kəsilən və satılan ət və ət məhsullarında başqa məhsullardan (süd, pendir, balıq, yumurta və.s.) fərqli olaraq insanın xəstələnməsi riski yüksəskdir. İnfeksiyaya yoluxmuş heyvandan insana həyati təhlükə daşıyan və sağlamlığa zərərli xəstəliklər keçə bilər.

Özünüzün və ailə üzvlərinizin sağlamlığının qeydinə qalın və şübhəli hallar aşkarladıqda xahiş edirik Gürücstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə: 15-01-ə zəng vurun”
– FAO-dan qeyd edirlər.

Print Email
FaceBook Twitter Google