Marneulidə indiki mərhələdə 99 ağıllı kamera quraşdırılıb

Marneuli bələdiyyəsində indiki mərhələdə 99 ağıllı kamera quraşdırılıb.

DİN-dən "Marneuli" radiosuna verilən məlumata görə, nömrəni tanıyan və ümumi nəzarət kameraları quraşdırılıb.

İlin sonuna qədər kameraların sayı artacaq.

Meriyadan verilən məlumata görə, Marneulidə cəmi 201 kamera yerləşdirilib.

Uzaqdan patrul nəzarəti üzrə elektron sistem yol hərəkətini pozanları cərimələyəcək. Əsasən video kamera beş növ qayda pozuntusunu aşkar edəcək, bunlar:
Qırmızı işıqda keçmək, ikiqat xətti kəsmək, bələdiyyə nəqliyyatı üçün nəzərdə tutulmuş xətt ilə hərəkət etmək, əks istiqamətdə hərəkət etmək və yol verilən normanı aşmaq və orta sürət həddini pozmaq.

Yol hərəkəti qaydalarını pozanların telefonuna cərimə haqqında qısa mətnli mesaj göndəriləcək. Cərimə ödənmədiyi halda qeydiyyat ünvanına 2-ci dəfə göndəriləcək və nəticədə artıq sanksiya təyin olunacaq. Video cərimələr bal sisteminə təsir etmir.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər