Namizədlərlə görüşdə vətəndaşların suallarının əksəriyyəti meriyada yerli kadrların azlığı ilə bağlı idi
Bu gün, 24 aprel tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində mer vəzifəsinə namizədlərlə görüş keçirildi. Görüşə Marneuli meri vəzifəsinə 15 namizəddən dördü dəvət edilmişdi, lakin “Vahid Milli Hərəkat – Birləşmiş müxalifət”in namizədi Aqil Mustafayev görüşdə iştirak etmədi.

Görüşdə müstəqil namizəd Əli Bədirov, “Gürcü Arzusu”nun namizədi Zaur Darğallı və “Avropalı Gürcüstan”ın namizədi Əhməd İmamquliyev iştirak edirdi.

Görüşün formatına əsasən
namizədlərdən hər birinə hər suala cavab üçün 3 dəqiqə vaxt verilirdi. Namizədlər görüşdə vətəndaşların iştirakı, həssas qrupların – gənclərin və qadınların ehtiyacı, bələdiyyədə sosial proqramlar və məhdud fiziki imkanlı şəxslər, bələdiyyənin iqtisadi inkişafı ilə bağlı düşüncələri barədə danışdılar.

Namizədlər qeyd olunan mövzularla bağlı öz düşüncələrini bildirdikdən sonra görüş iştirakçıları da onlara sual ünvanladı. İştirakçıların sualları əsasən Marneuli meriyasında işlə təmin olunma siyasəti ilə bağlı idi. İştirakçıların bir qismi Marneuli meriyasında yerli kadrların çalışmamasına narazılıqlarını bildirdilər.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər