Aqil Mustafayev Marneulili seçicilərə nə vəd edir – seçki proqramı
Marneulidə seçkiöncəsi kampaniya aktiv mərhələyə qədəm qoyub. Mer vəzifəsinə namizədlər seçicilərlə görüşür, onları öz planları ilə tanış edir və müəyyən vədlər verirlər.

Marneulidə ümumilikdə 15 namizəd qeydiyyatdan keçib, lakin onlardan yalnız bir neçəsi fəallıq göstərir. Seçkiöncəsi kampaniyanı fəal şəkildə aparan namizədlərdən biri birləşmiş müxalifət “Güc birlikdədir”-in namizədi Aqil Mustafayevdir.

Biz Aqil Mustafayevin Marneulili seçicilərə nə vəd etməsi
ilə maraqlandıq. Onun seçki proqramına görə, Marneuli şəhərində 24 saat içməli su ilə təmin olunacaq, daxili yollara asfalt örtüyü çəkiləcək, müasir idman meydançaları yaradılacaq, təmizlik xidməti maneəsiz çalışacaq, gənclərin ideyalarına dəstək fondu yaradılacaq və ictimai nəqliyyat sakinlər üçün daha rahat olacaq.

Mustafayevin proqramına ayrı-ayrı inzibati ərazi vahidlikləri də daxildir. Proqrama görə, “Güc birlikdədir”-in namizədi kəndlərdə əsasən tullantılar, içməli və suvarma suları, yollar, bağçalar və küçə işıqları problemlərinin həllini vəd edir.



Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər