Əhməd İmamquliyev Marneulili seçicilərə nə vəd edir – seçki proqramı
Marneulidə seçkiöncəsi kampaniya aktiv mərhələyə qədəm qoyub. Mer vəzifəsinə namizədlər seçicilərlə görüşür, onları öz planları ilə tanış edir və müəyyən vədlər verirlər.

Marneulidə ümumilikdə 15 namizəd qeydiyyatdan keçib, lakin onlardan yalnız bir neçəsi fəallıq göstərir. Seçkiöncəsi kampaniyanı fəal şəkildə aparan namizədlərdən biri “Avropalı Gürcüstan”-ın namizədi Əhməd İmamquliyevdir.

“Marneuli” radiosu İmamquliyevin seçicilərə nə vəd etdiyi ilə maraqlandı. Onun seçki proqramına
əsasən yeni uşaq bağçaları və məktəblər tikiləcək, mövcud bağça və məktəblər isə təmir olunacaq, Marneulinin bütün inzibati ərazi vahidliyində idman zalları tikiləcək və futbol meydançaları yaradılacaq, ehtiyac içində yaşayan, məhdud fiziki imkanlı və təqaüdçülər bələdiyyə nəqliyyatından pulsuz istifadə edəcəklər, məhdud fiziki imkanlı şəxslər üçün reabilitasiya mərkəzi yaradılacaq, tələbələr və məzunlara təcrübə keçməkdə yardım göstəriləcək, Marneulidə və kəndlərdə içməli su problemi həll olunacaq və kəndlərdə olan parkların və mədəniyyət mərkəzlərinin bərpası/yenilənməsi həyata keçiriləcək.

İmamquliyevin seçki proqramında Marneuli meriyasının işində dəyişikliklərin edilməsi də nəzərdə tutulur. “Avropalı Gürcüstan”ın mer vəzifəsinə namizədi Marneuli sakinlərinə meriya əməkdaşlarının təcrübə və müsabiqə yolu ilə təyin olunacağını vəd edir. Marneuli bələdiyyəsində azərbaycandilli və ermənidilli tərcüməçilər çalışacaqlar ki, onlar da gürcü dilini bilməyən sakinlərə kömək edəcəklər, Marneuli meriyasının rəsmi səhifəsi isə iki dildə fəaliyyət göstərəcək.

Marneulidə növbədənkənar mer seçkiləri 19 may tarixində keçiriləcək.



Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər