Kirovka sakinləri su anbarının dağıdıldığını deyirlər


Ramal Musayev Kirovka kəndində yaşayır. O, bir gün əvvəl kəndlərində olan içməli su anbarının sökülməsindən şikayətçidir.

Ramal deyir kəndin icra nümayəndəsinə məsələ ilə bağlı müraciət edib və anbarın sökülmə səbəbini soruşub, icra nümayəndəsi xəbərsiz olduğunu və sökülmə əmrinin rayondan gəldiyini bildirib.

Ramalın sözlərinə görə, kəndlərinə bu il 16 000 lari pul ayrılıb və kənd sakinləri
ilə görüş keçirilib. Görüş zamanı kənd sakinləri əsas anbarın qəzalı vəziyyətdə olduğunu bildirib və anbarın təmir olunmasını istəyiblər.
Sakinlərə anbarın təmiri ilə bağlı vəd verilib, lakin daha sonra kəndə içməli suyu paylayan anbarı söküblər.
Anbarın özülündə və divarlarında heç bir problemin olmadığını deyən Ramal tez bir zamanda məsələnin həll olunmasını istəyir.

Biz məsələyə aydınlıq gətirmək üçün Kirovka kəndinin icra nümayəndəsi Şükür Abbasovla əlaqə saxladıq.
Şükür Abbasov su anbarının sökülməsinin layihə əsasında olduğunu bildirdi və qeyd etdi ki, fevral ayında sakinlərlə görüşlər keçirilərək onların razılığı alınıb.

O, hal-hazırda su anbarının sökülməsi məsələsinin bu qədər qabardılmasını təxribat adlandırdı.

 


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google