Gürcüstanda kişilər ən çox 69, qadınlar isə 78 yaş yaşayırlar

2019-cu ilin 1 yanvarına əsasən Gürcüstanda kişilərin sayı keçən illə müqayisədə praktiki olaraq dəyişməz qalır və 1790 mini,

qadınların sayı isə 0.3 faiz azalıb və 1 932 min təşkil edir.

Milli Statistika Xidmətinin məlumatına görə, Gürcüstan əhalisinin 48 faizi kişilər, 52 faizi qadınlardan ibarətdir.

2019-cu ilin 1 yanvarına əsasən Gürcüstanda cinsi sayın bərabərləşməsi göstəricisi 92.7-dir. Bu
deməkdir ki, hər 100 qadına 92.7 kişi düşür. Qeyd edilməlidir ki, 35 yaşa qədər olan kişilər qadınların sayını aşırdılar, 35 yaşdan yuxarı qadınların sayı isə kişilərdən çox idi. Bu isə kişilərdən fərqli olaraq qadınların daha uzun ömür yaşaması səbəbindən yaranıb.

2018-ci ildə ən uzun yaş həddi olaraq 74.0, kişilər üçün 69.7 yaş, qadınlar üçün isə 78.2 yaş həddi qeydə alınırdı.

2019-cu ilin 1 yanvarına əsasən Gürcüstan əhalisinin orta yaş həddi 37 yaşdır.

 

Print Email
FaceBook Twitter Google