Patrul polis ekipajının sayı artırılıb

Patrul polis ekipajının sayı artırılacaq. İPN-ə DİN-in Reformalar və Analiz İdarəçiliyinin rəhbəri Beka Liluaşvilinin bildirdiyinə görə, DİN optimizasiya planı üzərində çalışır və onun çərçivəsində hazırda rsursların qiymətləndirilməsi aparılır.

Belə ki, Liluaşvilinin sözlərinə görə ekipajın artırılması əlavə kadrlar qəbul etməklə və eləcə də DİN-də olan resurslarla mümkün olacaq.

“Son dövrdə patrula təqribən beş yeni qayda pozuntusu administrasiyasının funksiyası əlavə edilib.
Eyni zamanda faktiki olaraq hər il 9%-ə qədər avtomobillərin sayı da artırılır. Bundan dolayı optimizasiya adamları azad etməyi deyil, adekvat resursun mobilləşdirilməsini nəzərdə tutur. Patrul institutunun təsis edilməsindən faktiki olaraq ekipajların sayı artırılmayıb və bu patrul polisində olan resursun qeyri-proporsional olmasına səbəb olub. Biz optimizasiya haqqında yalnız patrul ekipajının artırılması hissəsində deyil, eləcə də polis texnologiyasının və keyfiyyətin də artırılması hissəsində danışdıq”
– Liluaşvili bildirib.

Onun sözlərinə görə ehtiyacların qiymətəndirilməsindən sonra DİN müvafiq tələblə hökumətə müraciət edəcək və yekun qərarı hökumət verəcək ki, patrul polis ekipajı nə qədər və ya necə artırılmalıdır.

“Resurs sayının qiymətləndirilməsi aparılır. Sonra nazirlik bu haqda təşəbbüs irəli sürəcək və hökumətə təqdim edəcək. Biz deyə bilərik ki, əlavə 20 ekipaj lazımdır, ancaq hökumət yalnız on və ya əksinə 30 olduğunu deyə bilər. Yekun qərarı hökumət verəcək” – Beka Liluaşvili deyib.


Mənbə: İnterPressNews

 

Print Email
FaceBook Twitter Google