Regional İnkişaf Fondu Marneulidə 3 layihəni maliyyələşdirə bilər

Gürcüstan Regional İnkişaf Fondu Marneulidə 3 layihəni maliyyələşdirə bilər.

Bu barədə bu gün 30 aprel tarixində Bələdiyyə Məclisinin iclasında məlumat verilib.

Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze Bələdiyyə Məclisinin iclasında bildirdi ki, dəyəri təxminən 1 100 000 lari olan layihələr Bələdiyyə Məclisindən keçdikdən sonra Regional İnkişaf Fonduna göndəriləcək.

Marneuli bələdiyyəsinin Regionla İnkişaf Fondunun dəstəyi ilə həyata keçirəcəyi
bu layihələr yolların bərpası ilə bağlıdır.

Bu layihələrdən Aşağı Saralın daxili yollarına asfalt örtüyünün çəkilməsi 468 140 lari, Axlı-Lələ kəndinin daxili yollarının bərpası 322 910 lari, Seydi-Qocalı kəndinə gedən yola asfalt çəkilməsi layihəsi isə 402 950 lari dəyərindədir.

Tabatadze Bələdiyyə Məclisinin iclasında onu da qeyd etdi ki, Regional İnkişaf Fondu artıq Marneuliyə 5 160 000 lari ayırıb.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər