Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində İlqar Qaxacovun 130-a yaxın iri buynuzlu mal-qarası ölüb

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində İlqar Qaxacovun 130-a yaxın iri buynuzlu mal-qarası ölüb.


Bu haqda məlumatı Marneuli Tv yayımlayıb. Marneuli Tv- yə verdiyi müsahibədə zərərçəkən deyir ki, mal-qaranın ölməsinə səbəb baytar aptekdən aldığı və heyvanları çimizdirdiyi dərmanlar olub.    Mal-qara sahibinə təxminən 20 000 lariyə qədər zərər dəyib.

Hadisə yerinə gedən Milli Ərzaq Mühafizəsi Agentliyinin nümayndələri bildiriblər ki,
mal- qara tamamilə məhv edilməlidir. Qızılhacılıya Marneulinin majoritar deputatı Ruslan Hacıyev də gedib. O, zərərçəkənə vəd verib ki, məsələni müvafiq orqana qədər çatdıracaq.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər