“Mən yalnız mer olmayacam, mütləq mənim komandam da mənimlə olacaq” – Aqil Mustafayev “Marneuli” radiosunun efirində bildirdi

“Mən yalnız mer olmayacam, mütləq mənim komandam da mənimlə olacaq”, – Birləşmiş müxalifət “Güc Birlikdədir”in mer vəzifəsinə namizədi Aqil Mustafayev

“Marneuli” radiosunun jurnalistinin müxalif partiyanın təmsilçisi olmasından irəli gələrək mer seçiləcəyi halda bələdiyyəyə necə rəhbərlik edəcəyi ilə bağlı sualına belə cavab verdi.

Əsasən ”Gürcü Arzusu”nun təmsilçilərindən təşkil olunmuş Bələdiyyə Məclisinə gəlincə isə, Mustafayev bildirdi ki, onun üçün fərqi yoxdur
Bələdiyyə Məclisi onu dəstəkləyəcək, ya yox, çünki o, hər zaman xalqla birlikdə olacaq və hər işi Marneulililərlə birlikdə həyata keçirəcək.

Baxmayaraq ki, Mustafayev öz komandası ilə birlikdə gələcəyini qeyd etdi, o, efirdə bildirdi ki, Marneuli ictimai xidmətlərdə çalışanlar yalnız rüşvət və nepotizm vasitəsilə bu yerlərə gəliblər, “Güc Birlikdədir”in namizədi mer seçiləcəyi halda bunu dəyişəcəyini vəd edir və söz verir ki, işə götürən zaman iş üçün müraciət edənlərin partiya mənsubiyyətinə baxılmayacaq.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər