DİN: Böyük mqidarda narkotikin yayılmasının qarşısını aldıq
Hüquq mühafizəçiləri Tbilisidə aparılan tədbirlər nəticəsində əvvəlcədən razılaşmmış mütəşəkkil qrup tərəfindən böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməs-saxlanılması və istifadəyə verilməsi, eləcə də ölkəyə gətirilməsi ilə bağlı xarici vətəndaşı həbs ediblər. Bu haqda məlumatı DİN yayımlayır.


Polisin məlumatına görə cinayət təsdiqləndiyi halda 5-dən 14 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.
“İstintaqla müəyyən edilib ki, müttəhim Gürcüstana narkotik vasitəni
satış məqsədi ilə gətirib. Eləcə də müəyyən olundu ki, o, narkotik maddələri Tbilisidə müxtəlif yerlərə yerləşdirir, fotosunu çəkir və müvafiq işarələrlə istifadə məqsədi ilə təşkilatçıya göndərirmiş.
Saxlanılan şəxsin şəxsi və mühmanxana otağının axtarılması zamanı eləcə də Tbilisidə 10 müxtəlif yerdən, sübut olaraq 15 bağlama, 122,96 qram dəyərində yeni psixotrop maddələr aşkar olunub.
İstintaq Gürcüstan CM-nin 260-cı maddəsinin 3-cü hissəsinin b altbəndi, 19-260-cı maddənin 5-ci hissəsinin ba altbəndi və 262-ci maddəsinin prima maddələri ilə aparılır. Maddə narkotik vasirələrin qanunsuz əldə edilməsi-saxlanılması, əvvəlcədən razılıqla mütəşəkkil qrup tərəfindən istifadəyə verilməsi və yeni psixotrop maddələrin Gürcüstana qanunsuz gətirilməsini nəzərdə tutur” – DİN-dən bildirirlər.

Belə ki, xüsusən böyük mqidarda narkotik vasitələrin qanunszu əldə edilməsi-saxlanılması, Gürcüstana qanunsuz gətirilməsi və psixotrop maddələrin əldə edilməsi-saxlanılması ittihamı ilə hüquq mühafizəçiləri Tbilisi beynəlxalq aeroportunda daha bir nəfəri həbs ediblər.

DİN-in məlumatına görə, müttəhim xarici ölkədən gəlib və Gürcüstana xüsusi böyük miqdarda narkotik vasitələri – 265 həb “Subuteks” daxil etməyə cəhd edib.

“İstintaq xüsusən böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi-saxlanılması, xüsusən böyük miqdarda narkotik vasitələrin Gürcüstana qanunsuz daxil edilməsi və psixotrop maddələrin qanunsuz əldə edilməsi-saxlanılması faktları ilə bağlı Gürcüstanın CM-nin 260-cı maddəsinin 6-cı hissəsinin a altbəndi, 261-ci maddənin 1-ci hissəsi və 262-ci maddənin 4-cü hissəsinin a altbəndi ilə aparılır.

Eləcə də narkotik cinayətlə bağlı daha bir fakt açılıb.
Xüsusi böyük miqdarda narkotik maddənin əldə ediməsi-saxlanılması ittihamı ilə polis 1 nəfəri Tbilisiyə başqa yolla hərəkət edən zaman saxlayıb. Polis onun avtomobilinin axtarışı zamanı 392 həb narkotik maddə “Subuteks” aşkar edib.

İstintaq Gürcüstanın CM-nin 260-cı maddəsinin 6-cı hissəsinin a altbəndi ilə aparılır. Cinayət 8-dən 20 ilə qədər və ya daimi azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Ümumilikdə 2019-cu ilin bir yanvarından 13 maya qədər olan dövrdə DİN-nin əməkdaşları tərəfindən aparılan əməliyyatlar nəticəsində aşkarlanıb: 13.5 kq “heroin”, 1800 həb “Subuteks” və “Suboksin”, 2500 həbdən artıq “ekstaz”, 6.5 kq yeni psixotrop maddələri, 1 kilo 400 qram Kokain və 400 qram psixotrop preparatlar.

Həmin dövrdə hüquq mühafizəçiləri tərəfindən 60 narkotik satıcısı məsuliyyətə cəlb olunub” – DİN-in bəyanatına bildirilir.
Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google