Meriyanın qarşısında əhali sıxlığı və səs-küy - iki kəndin əhalisi niyə toplaşıb

Marneuli meriyası qarşısında bu gün səhər saat 9-dan əhali sıxlığı və səs-küy idi. Keşəli və Ambarovka kəndinin 50-yə qədər sakini meriyanın qarşısında suvarma suyunun olmamasına etiraz edirdi.

Onlar Marneuli meri Zaur Darğallı ilə görüş tələb edirdilər ki, kəndlərdə olan problem həll olunsun.

Toplanmış əhalinin bəyanatına görə, kənd təsərrüfatı onların yeganə gəlir mənbəyidir, suvarma suyunun olmamasına görə
isə bu gəliri itirirlər.

Təqribən saat 11:00-da Ambarovka və Keşəli əhalisi ilə Marneuli meri görüşüb. Bizimlə söhbət zamanı Zaur Darğallının bildirdiyinə görə kəndlərdə olan vəziyyətlə tanışdır və su problemi olduğunu da bilir.

“Yay mövsümüdür və suvarma suyu müxtəlif səbəblərdən bizim problemimizdir, amma biz aktiv olara melorasiya ilə çalışırıq və əminəm ki, problemlər həll olunacaq” – Zaur Darğallı deyir.

Mer qeyd edir ki, Ambarovka və Keşəlinin suvarma su probleminin həllinə meriyanın nəzarət xidməti və melorasiya xidməti qoşulublar, onun müavini isə şəxsən kəndlərə gedəcək ki, suvarma suyu problemi qısa müddətdə həll olunsun.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər