Ədliyyə Evinin ətraf ərazisində yenidənqurma işləri aparılır

Marneulidə, Ədliyyə Evinin ətraf ərazisində artıq bir neçə gündür ki, yenidənqurma işləri aparılır.


Marneuli meriyasının sifarişi ilə “Boqiri” MMC Ədliyyə Evinin ətraf ərazisində olan daş piləli örtüyü dəyişəcək.

Marneuli bələdiyyəsinin özünüidarəetməsi Ədliyyə Evinin ətraf ərazisinin yenidənqurma və 26 may küçsəində səkinin bərpası üçün bir tender elan edib və tenderin dəyəri 30 796 laridir.

Marneuli meriyası
“Boqirlə” MMC müqaviləni 2019-cu ilin 10 iyulunda bağlayıb. Müqaviləyə əsasən şirkət işləri 60 təqvim günündə, yəni 8 sentyabra qədər yerinə yetirməlidir.

 

Print Email
FaceBook Twitter Google