Zorla evləndirdildiyim, məni döyən şəxslə ömür boyu yaşaya bilməzdim
15:25 / 10.10.2019
Şaxzaydə Orucova qadınlar evində
yaşayır. O, ailəsinin necə onu zorla evləndirdiyi haqqında
danışır.
"
15 yaşımda analığım özümnən 15 yaş böyük biriylə
nişanlandırdı. Mən nişanı atmaq istədikdə, nişanlım tərəflə
razılaşaraq mənim qaçırtdırdı.
Zorla qaçırdıldıqdan sonra, yoldaşım mənə həmişə pis davranırdı,
hər balaca problemə görə məni vururdu. Bacım vatsapmənim şəklimi
qoyması, qardaşımnan danışmaq onun üçün vurmağa bahanə idi. Bir ay
yarım evli qaldıqdan sonra dözə bilməyib ata evinə qayıtdım.
Ögey anam bu səfər məni başqasıyla evləndirmək istəyirdi. Atam heç
vaxt məni ögey anamdan qorumayıb. Onnuda mən evdə həmişə onunçün
artıq yük idim.
Beşinci sinifdən sonra məktəbə getməyə icazə vermədi. Küçük
yaşımdan evin bütün işlərin mən görürdüm, evdə yaşlı nənəmə də mən
baxırdım. İkinci dəfə evlənməyə razı olmadıqda, mənə ya evlənərsən
ya da evdən gedərsən dedi. Məndə çarəsiz evdən çıxdım, polisə
müraciət etdim. Polis isə məni qadın sığınma evinə yerləşdirdi.
Burada məni müəyyən kurslara göndərirlər, azda olsa gürcü dilini
öyrəndim. İndi buradan çalışırlar ki məni işlə təmin etsinlər.
Evə qayıtmaq haqqında düşünmürəm, ailəm onnuda mənnən maraqlanmır.
İşləyib öz ayaqlarımın üstündə durmaq istəyirəm".
məmbə:
Pəncərə