2020-ci il seçkisində müstəqil şəkildə iştirak edirik, ən az 10% səs toplayacağıq - Elisaşvili
Tbilisi meri
vəzifəsinə keçmiş namizəd Aleko Elisaşvili bildirib
ki,
onun
“Mülki Hərəkatı” bir neçə aya siyasi partiyaya çevriləcək və
2020-ci ilin Parlament seçkilərində səslərin 10%-ni toplamağı
planlaşdırır.
“Bir ildən sonra nə necə olacaq bilmirəm, amma
araşdırmalar da aparmışıq və başlanğıc şərtlərimiz elə də pis
deyil. İndiyə qədər və elə indi də olan hər hansı maneəni
problemsiz aşarıq”, – Elisaşvili 10 oktyabrda Nika
Qvaramiyanın verlişində, “Mtavari Arxi”də bildirib.
“10 faiz düşündüyümüz minimum səsdir, yaxşı çalışsaq
daha çox toplayarıq”, – deyə, əlavə edib.