Marneulili gənclərə Gürcüstan iqtisadiyyatı ilə bağlı seminar keçirildi

Bu gün, 18 oktyabr tarixində Marneuli “Çay Evində” Gürcüstan iqtisadiyyatı, problemlər və onların həlli yolları ilə bağlı söhbət açıblar.



Bizimlə söhbət zamanı professor Ladi Papavanın bildirdiyinə görə, bu gün Gürcüstan üçün ən əsas biliyə əsaslanan iqtisadiyyatın qurulmasıdır.

“Bundan kənar bizim yalnız xilas etmək iqtisadiyyatımız olacaq, yəni acından ölməməyimiz üçün olan iqtisadiyyat. Mənim məqsədim də məhz odur ki, gənclərə göstərim ki, Gürcüstanın gələcək perspektivi yalnız yüksək səviyyəli təhsili olan adamların çox olmasındadır”, - Lado Papava deyir.

Professorun sözlərinə görə, Gürcüstan iqtisadiyyatının inkişafı üçün mütləq ölkə yüksək texnologiyalara uyğun məhsulların istehsalına başlamalıdır.

Marneulili gənclərlə görüş Gürcüstan Strateji və Beynəlxalq Əlaqələr üzrə Araşdırmalar Fondunun layihəsi çərçivəsində baş tutub. Marneulililər üçün seminarlar Gürcüstanın təhlükəsizliyi, beynəlxalq əlaqələr və başqa Gürcüstan üçün aktual olan mövzularda da keçiriləcək.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər