“Marneuli Kənd Suları” (“Sptskali”) əhaliyə qədər gedib çatmayan suya 78 300 lari ödəyib

“Rustavi Su” MMC (“Rustavtskali”) ilə “Marneuli Kənd Suları” MMC bağladığı müqaviləyə əsasən “Rustavi Su” MMC maddi gəlir əldə edirmiş, Marneuli kəndlərinə isə yenə də içməli su verilmirmiş.



Marneuli bələdiyyəsinin 2017-2018-ci illərin büdcəsinə əsasən nəzərdə tutulmuş proqramların uyğunsuzluğu ilə bağlı Audit hesabatına görə, 2018-ci ilin iyulunda “Marneuli Kənd Suları” MMC “Rustavi Su” MMC şirkəti ilə müqavilə bağlayıb və müqaviləyə əsasən Marneulinin Qullar, Kürtlər, Algeti və Kəpənəkçi inzibati ərazi vahidliklərinə daxil olan kəndlərə içməli su verilməli idi.

Müqaviləyə əsasən “Rustavi Su” MMC içməli suyun keyfiyyətinə yalnız nasos stansiyasında olan sayğaca qədər cavabdeh idi, suyun və boruların keyfiyyətinə görə “Marneuli Kənd Suları” MMC məsuliyyət daşıyırmış.

“2018-ci ilin avqust-dekabr aylarında “Rustavi Su” MMC-yə 78 300 lari ödənib. Ancaq 2018-ci ildə əhali suya görə pul ödəməyib”, – Auditin hesabatında yazılıb.

Hesabatda qeyd olunub ki, əhaliyə içməli su verilməli olan borular xarab olub və buna görə də suyun 80% itirmiş, qalan 20% isə boruların xarab olmasına görə içmək üçün yararsız olub. Məhz buna görə, “Marneuli Kənd Suları” MMC əhalidən suya görə pul toplaya bilməyib.

Dövlət Audit Xidmətinin hesabatında deyilir ki, müqavilənin bağlanması zamanı bələdiyyənin müvafiq məsuliyyətli şəxsləri bələdiyyənin maraqlarını nəzərə alaraq hərəkət etməyiblər, çünki müqavilə əhalinin ehtiyacı olan keyfiyyətdə və həcmdə suyun verilməsini təmin edəcək şərtlərlə bağlanmayıb.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər