Marneulinin kəndlərində içməli suyun çirklənməsi halları qeydə alınıb – Auditin hesabatı

Marneuli bələdiyyəsinin bir neçə kəndində 2019-cu ilin aprel ayında aparılmış laborotoloji araşdırmalar nəticəsində suyun çirkli olması halı aşkarlanıb.



Auditin hesabatında Marneuli bələdiyyəsinin 2017-2018-ci il büdcəsi ilə nəzərdə tutulmuş proqramların uyğunsuzluğu haqqında məlumat qeyd olunub. İmir kəndində suyun tərkibində artıq dərəcədə xlor aşkarlanıb və onun həcmi öz həddindən 2,2 dəfə artıqdır.

“Xixani, Hallavar, Bəylər kəndlərində içməli suda mikrobla çirklənmə qeydə alınıb. Nəticəyə əsasən qeyd olunan kəndlərdə içməli sudan istifadə etmək müəyyən tənzimləmə işləri həyata keçirildikdən sonra mümkündür” - Auditin hesabatında yazılıb.

Audit Xidmətinin məlumatına görə, qeyd olunan pozuntular MMC-nin fəaliyyətindən və onun funksiya-öhdəliklərinin natamam yerinə yetirilməsindən xəbər verir.

Məsuliyyətli şəxslər Auditin araşdırması dövründə bildirdilər ki, yuxarıda qeyd olunan problemlər artıq həll edilmişdir. Ancaq təkrar laborotoriya araşdırmaları keçirilməyib.

Auditin nəticəsində qeyd olunub ki, Maneuli meriyası tərəfindən “Marneuli Kənd Suları” MMC -nın götürdüyü öhdəliyi nə dərəcədə yerinə yetirdiyi araşdırılmayıb. Bələdiyyə eləcə də MMC-yə 2017-18-ci illərdə ayrılmış 2 078 800 larilinin effektivliyini əsaslandıra bilməyib.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər